İranlı rejissor Pənahi aclıq aksiyasından sonra sərbəst buraxılıb


İranda həbsdə olan məşhur rejissor Cafer Penahi aclıq aksiyasına başladıqdan sonra sərbəst buraxılıb.


AFN.az xəbər verir ki, ötən ilin iyulunda İranda həbs olunan iki iranlı direktor Muhammed Resulof və Mustafa Əliəhmədin həbsinə etiraz etmək üçün getdiyi Tehrandakı Evin həbsxanasının qarşısında həbs edilən Cafer Pənahi 7 aylıq həbsdən sonra azadlığa buraxılıb. İran mətbuatında çıxan xəbərlərdə 62 yaşlı Cafer Penahinin fevralın 1-də Tehranın Evin həbsxanasında başlatdığı aclıq aksiyasından sonra zaminə buraxıldığı açıqlanıb.

Penahi, fevralın 1-də yenidən məhkəmə araşdırması tələbinin səlahiyyətlilər tərəfindən rədd edilməsindən sonra həbsxanada yazdığı məktubda bildirib: “Bu gün İranda tələyə düşmüş bir çox insan kimi, mənim də ən qiymətli varlığım həyatımdır. Bu səbəbdən də bu qeyri-insani hərəkətlərə etiraz etməkdən başqa çarəm yoxdur. Bu vəziyyət günahsız gənclərin həbsindən təxminən 30 gün sonra dar ağacına gətirilən qısa mühakimə ilə tamamilə ziddiyyət təşkil edir. Azadlığa çıxana qədər yeməkdən və dərman qəbul etməkdən imtina edirəm. Bəlkə də cansız bədənim həbsdən çıxana qədər bu vəziyyət davam edəcək”.

Cəfər Pənahi 2010-cu ildə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad dövründə Yaşıl Hərəkat etirazlarını dəstəkləyib və daha sonra "dövlət əleyhinə təbliğat aparmaq" ittihamı ilə 6 il həbsə məhkum edilib. Həmin vaxt o, altı illik cəzasının iki ayını çəkdikdən sonra şərti azadlığa buraxılıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu