İranda həbsdə olan rejissor Pənahi aclıq aksiyasına başlayıb


İranda həbsdə olan məşhur rejissor, ssenarist və prodüser Cafər Pənahi həbsxanada aclıq aksiyasına başlayıb.


AFN.az xəbər verir ki, İran İnsan Haqları Fəalları Agentliyinin (HRANA) verdiyi məlumata görə, paytaxt Tehrandakı Evin həbsxanasında saxlanılan Pənahi Ali Məhkəmənin qərarına baxmayaraq, səlahiyyətlilərin həbs müddətini uzatması və müvəqqəti azadlığa buraxılmasından yararlana bilmədiyi üçün aclıq aksiyasına başladığını açıqlayıb.

Tanınmış sənətçi ötən ilin iyulunda İranda nümayişçilərə qarşı güc tətbiq edilməsini tənqid edən bəyanat imzaladığı üçün həbs edilib.

Bundan əvvəl də 2010-cu ildə Pənahi prezident seçkilərindən sonra baş verən hadisələrə dəstək verdiyi üçün 6 il həbs cəzasına məhkum edilmiş, həmçinin 20 il müddətinə film istehsalı, mediaya müsahibə verməsi və xaricə getməsi qadağan edilmişdi.

Pənahi beynəlxalq festivallardan bir çox mükafatlar laureatıdır. O, İran cəmiyyətində təbəqələr arasındakı fərqləri heyrətamiz şəkildə əks etdirən filmləri ilə tanınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu