Elçin Sadıqov tutulduğu gündən aclıq aksiyasına başlayıb


Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb.


Hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elçin Sadıqovun vəkillərı çıxış edib və daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.

Vəkil İradə Cavadova məhkəmə iclasından sonra juralistlərə bildirib ki, Elçin Sadıqov məhkəmədə aclıq aksiyasına başladığını elan edib. O, E.Sadıqovun həbs edildiyi gündən aclığa başladığını əlavə edib.

Növbəti proses sentyabrın 17-də olacaq.

Qeyd edək ki, Elçin Sadıqov barəsində Binəqədi Rrayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu