İranda qadın rejissora 10 il həbs və 74 şallaq cəzası verilib


Məhsa Əmini etirazlarına dəstək verdiyi üçün saxlanılan iranlı qadın rejissor Mojqan İlanlou Tehran İnqilab Məhkəməsi tərəfindən 10 il həbs və 74 şallaq cəzasına məhkum edilib.


AFN.az İHA-ya istinadən xəbər verir ki, iranda rejissor və fəal Mojqan İlanlou milli təhlükəsizliyə təhdid yaratmaq, nizam-intizam əleyhinə gizli və aşkar fəaliyyət göstərmək və ictimai təhlükəsizliyi pozmaq ittihamı ilə Tehran İnqilab Məhkəməsi tərəfindən cəzalandırılıb.

İran mediasında yer alan xəbərlərdə İlanlounun həmçinin məhkəmənin qərarı ilə ictimai və ya siyasi qrupa üzv olmasının və sosial mediada fəaliyyət göstərməsinin iki il müddətinə qadağan edildiyi bildirilib. Həmçinin ölkədən çıxışına qadağa qoyulan İlanlounun şəxsi kompüteri və telefonunun məhkəmə tərəfindən müsadirə edildiyi də xəbərlərdə yer alıb.

İranda Məhsa Əminin ölümündən sonra sosial mediada yayımladığı video ilə nümayişləri dəstəkləyən İlanlou çəkdiyi videoda “Qorxuram ki, susmaqla vicdanım, insanlığım və ləyaqətimin son damlasına kimi yox olacaq. Qorxmursan?” sözləri işlətmişdi. Oktyabrın 17-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan İlanlou 90 gün idi ki, həbsdə idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu