İranı ölümü ilə ayağa qaldıran 22 yaşlı Məhsa... - VİDEO


əbər verdiyimiz kimi, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.

Aksiyalar zamanı ölənlər və yaralananlar var. Bəzi yerlərdə aksiyaçılara qarşı silah da tətbiq edilib. Bundan başqa, məcburi hicaba qarşı çıxanlar da baş örtüklərini yandırır.

“Qafqazinfo”nun məlumatına görə, etirazlar fonunda dünya mediasında və sosial şəbəkələrdə Məhsa Əminin kimliyi maraq doğurub.

Məhsa Əmini həm də Cina Əmini kimi tanınır. Kürdüstan ostanının Səkkəz şəhərindən olan 22 yaşlı İran vətəndaşıdır. Məlumata görə, o, ziyalı ailəsində böyüyüb.

Məhsa Əmini ailəsi ilə İrana qohumlarıgilə qonaq gəlibmiş. O, sentyabrın 14-ü axşam saat 6 radələrində Tehranda metrostansiya yaxınlığında qardaşı ilə birlikdə olarkən Əxlaq Təhlükəsilzik Polisi tərəfindən saxlanılıb. Məlumata görə, qardaşı Kuareş Əmini etiraz etdikdə isə ona bildirilib ki, bacısı dindirilidikdən bir saat sonra buraxılacaq. Amma deyildiyi kimi olmayıb. Belə ki, çox keçmədən yarımcan Mehsa təcili yardım maşını ilə Qəsrə xəstəxanasına aparılıb.

Həyatda qalmaq uğrunda iki günlük mübarizədən sonra Əmini vəfat edib və bununla da ölkədə etirazlar başlayıb.

Qeyd olunur ki, M. Əmini hicabını düzgün geyinmədiyininə görə polis tərəfindən saxlanılıbmış. Polis şöbəsində başından güclü zədələr aldığı və çoxsaylı hədələrə məruz qaldığı üçün kəllə-beyin travması alıb, infarkt keçirərək komaya düşüb.

O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.

Beynəlxalq Amnistiya Təşkilatı İranda Mehsa Əmininin şübhəli ölümü ilə bağlı cinayət təhqiqatının aparılmasını istəyib. Bu qurumun fikrincə, bu işdə bütün məsul işçilər və vəzifəli şəxslər məsuliyyətə cəlb edilməli və onun şübhəli ölümünə səbəb olan şərait, o cümlədən istintaq təcridxanasında işgəncə və digər pis rəftar halları araşdırılmalıdır.

Bu məqamda İran polisi Məhsa Əminin olduğu iddia edilən görüntüləri yayıb. “İrna” agentliyində yer alan xəbərə görə, polis Aminin döyülməsi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, məmurlarla Əmini arasında heç bir fiziki təmas olmayıb.

Əmininin olduğu iddia edilən sözügedən videoda isə polis bölməsində polislə danışan qadının qəfil stula yıxıldığı görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu