İran Məhsa Əmininin ölüm səbəbini açıqladı- Ekspertizanın RƏYİ


Məhsa Əmininin ölümü polisin vurduğu fiziki xəsarətlər deyil, beyin hipoksiyasının törətdiyi çoxsaylı orqan çatışmazlığı nəticəsində baş verib.


Bu barədə İranın IRNA dövlət xəbər agentliyi məlumat yayıb.

“Müəyyən edilib ki, ölüm baş və ya digər həyati orqan və ya bədən hissələrinə zərbələr nəticəsində baş verməyib. Effektiv olmayan ürək-tənəffüs reanimasiyası səbəbindən ilk kritik dəqiqələrdə ağır hipoksiya və nəticədə beyin zədəsi var”, – məhkəmə-tibb ekspertləri bildiriblər.

Həmçinin bildirilir ki, Əmini həbsdə olarkən xəstəlik səbəbilə yıxılıb və İran rəsmilərinin saxlanma prosesində heç bir fiziki xəsarət almayıb.

Əmini sentyabrın 13-də hicabını düzgün geyinməməkdə ittiham edilərək həbs edilib. O, “izahedici söhbət üçün” bölməyə aparılıb. Bölmədə halı pisləşdiyi üçün xəstəxanaya aparılıb və orada vəfat edib. Ailəsi və İran müxalifəti hesab edir ki, ölümə Məhsanın polis bölməsində məruz qaldığı fiziki zorakılıq səbəb olub.

Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi qızın ölümünü bədbəxt hadisə adlandırıb.

22 yaşlı Məhsa Əminin ölümü İranda genişmiqyaslı etirazlara səbəb olub. Etirazlar bir neçə həftədir ki, davam edir və hər gün daha da güclənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu