İran XİN başçısı ölkədə etirazlara səbəb olmuş qızın ölümündən danışdı
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Məhsa Əminin ölümünə münasibət bildirib.
İran XİN rəhbəri deyib ki, insan hüquqlarının qorunması ölkəsi üçün əsas dəyərdir.
"Prezidentin də dediyi kimi, öz qızımız kimi gördüyümüz Məhsanın (Məhsa Əmini) faciəli ölümü ilə bağlı araşdırmaya göstəriş verilib”, – XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, hicaba görə saxlanılan Məhsa Əminin ölümü ilə bağlı İranın bir çox yerində polis və etirazçılar arasında qarşıdurma baş verib. Etirazçılar polis maşınlarını aşırıblar, xəsarət alanlar olub. Müxtəlif şəhərlərdə qadınlar M. Əminin ölümünə etiraz məqsədilə baş örtüklərini yandırıb, saçlarını kəsiblər. (APA)