Britaniya İranın güc strukturlarının rəhbərlərinə sanksiya tətbiq edib


Böyük Britaniya hökuməti Məhsa Əmininin ölümü ilə bağlı İranın güc strukturlarının rəhbər şəxslərinə qarşı sanksiya tətbiq edib.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

London İran polisinin rəhbəri, briqada generalı Hüseyn Əştəri, İran xalq keşikçiləri - “Bəsic”in komandiri Qulamrza Süleymani, Əxlaq polisini və onun rəisi Məhəmməd Rüstəmini “qara siyahı”ya salıb.

Onlar İranda insan haqlarının kobud şəkildə pozulmasında, hicab geyinmə qaydalarını pozduğu ittihamı ilə polis idarəsində ölən Məhsa Əmininin qətlində təqsirləndirilirlər.

Britaniya XİN başçısı Ceyms Kleverli İran hakimiyyətinin qadın və qızların sıxışdırılmasına və öz xalqına qarşı zorakılığa görə cavabdehlik daşıdığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu