Britaniya İrana sanksiya tətbiq edib
Böyük Britaniya İrana sanksiya tətbiq edib.
“Report” xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.
O bildirib ki, bu, İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edamı ilə bağlıdır: “Biz rejimin bu əməllərinə, o cümlədən insan haqlarını dəhşətli formada pozduğuna görə cavab verməsini tələb edirik”.
Qeyd edək ki, İran müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri edam olunub. O, Britaniyaya casusluqda ittiham olunur.