İran Böyük Britaniyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb


Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerkliff ölkəsinin İrana qarşı yeni sanksiyalar tətbiq etmək qərarına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.



İran Xarici İşlər Nazirliyi səfir Şerklifin “İngiltərənin İrana qarşı əsassız ittihamlarından” sonra nazirliyə çağırıldığını və Tehranın kəskin etirazının ona çatdırıldığını açıqlayıb.

İngiltərənin yeni sanksiya qərarını "bu ölkənin İrana qarşı dağıdıcı hərəkətlərinin son həlqəsi" kimi qiymətləndirən bəyanata görə, Tehran Londonun sanksiya qərarını qətiyyətlə pisləyib.

Britaniya səfiri Tehranın mövqeyini Londona çatdıracağını da bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu