Gənc qızın qətli İranı qaynar qazana döndərdi - VİDEO


İranda əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əminin döyülərək öldürülməsindən sonra başlayan etirazlar dünən və bü gün daha da güclənib.[/b

]

[b]AFN
xəbər verir ki, Tehran, Sınandaş, Əlburz, Xorasan, Gilan, İsfahan, Şiraz, Xuzistan, Kirmanşah əyalətlərində başlayan aksiyalar bir sıra digər şəhərlərə də yayılıb.

Əvvəlcə hicablarını yandıran, yaxud saçlarını kəsməklə rejimə etiraz edən aksiyaçılar indi küçə yürüşlərinə başlayıblar. İran rejimi isə aksiyaların qarşısını almaq üçün polis qüvvələrini hərəkətə keçirib. Onlar dinc etirazçılara atəş açmaqdan belə çəkinmirlər. Artıq polisin silah tətbiq etməsi nəticəsində bir neçə nəfər dünyasını dəyişib, xeyli yaralananlar var. Bir çox şəhərlərdə, o cümlədən paytaxt Tehranda polsilə aksiyaçılar arasında toqquşmalar baş verib. Polisin güc tətbiq etməsindən qəzəblənən etirazçılar paytaxt və digər şəhərlərdə Xomeyni və Xameneyinin şəkillərini yandırır, inzibati binalardan dövlət bayrağını endirir, polis avtomobullərinə hücum edirlər. Rəşt şəhərində etirazçılar polis əməkdaşlarını döyərək, aksiyanın keçirdiyi ərazidən uzaqlaşdırıblar. Dünəndən etibarən Tehran Universitetinin tələbələri də aksiyalara qatılıb. Qadınlar İranda artıq onlara qarşı göstərilən münasibətə dözə bilmədiklərini deyiblər.
Gecə saatlarında belə küçələrə axışan narazı xalq "Diktatora ölüm", “Vuruşacağıq, öləcəyik, amma İranı geri alacağıq!” şüarları səsləndirirlər.
Hazırda aksiyalar davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu