Xameneyinin bacısı qızı aclıq aksiyasına başlayıb
İranın dini rəhbəri Ayətullah Seyid Əli Xameneyinin Qərçək zindanında həbs cəzası çəkən bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani aclıq aksiyasına başlayıb.
AFN.az xəbər verir ki, bu haqda Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani özünün "Tvitter" hesabında məlumat yayıb.
"Siyasi məhbus Fəridə Muradxani saxlanılma yerinə və Evin həbsxanasına köçürülməməsinə etiraz olaraq aclıq aksiyası keçirir", - deyə qardaşı bildirib.
Xatırladaq ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib.
M.Vahidli