Xameneyinin bacısı qızı 15 il müddətinə azadlıqdan məhrum edildi


Tehran məhkəməsi İranın ali dini lideri Ayətullah Əli Xamneyinin bacısı qızını 15 il müddətinə azadlıqdan məhrum edib.


AFN.azın məlumatına görə, Fəridə Muradxani noyabrın 23-də beynəlxalq ictimaiyyəti ölkə hakimiyyəti ilə bütün əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edilib.
Muradxani özünün videomüraciətində İran hakimiyyətini “qanlı və uşaq öldürən rejim” adlandırıb. O, insanları öz hökumətlərindən rəsmi Tehranla bütün əlaqələri kəsməyi tələb etməyə çağırıb. “Bu rejim heç bir dini prinsipinə sadiq deyil və gücdən və öz hakimiyyətini hər vasitə ilə saxlamaqdan başqa heç bir qanun və qayda tanımır”-xanım Muradxani belə deyib.
Qeyd edək ki, Fəridə Muradxani dini liderin bacısı Bədri Hüseyni Xameneyi ilə evli olan müxalifət lideri Əli Tehraninin qızıdır. Tehrani bu ilin oktyabrında vəfat edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu