Xameneinin bacısı qızı həbs edilib
İran İslam Respublikasının rəhbəri Ayətullah Seyid Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani həbs edilib.
AFN.az xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani tvit paylaşaraq bildirib. Onun sözlərinə görə, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsə atılıb.
Qeyd edək ki,ictimai fəal kimi tanınan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT Nazirliyi tərəfindən həbs edilmişd. May ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.
Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi.
2018-ci ilin iyununda da o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra da həbs edilmişdi.