İranda saxta ittihamlarla mühakimə olunan Azərbaycan vətəndaşı 2,5 ildən sonra azad edilib


Azərbaycan vətəndaşı, İranda qondarma ittihamla həbs olunan, 31 yaşlı Validə Yusifova sərbəst buraxılaraq Dövlət Sərhəd Xidmətinə təhvil verilib.


“Report” xəbər verir ki, bu barədə “Təbriz Turan” məlumat yayıb.

Qeyd edək ki, V.Yusifova 2 il 6 aya yaxın idi İranda həbsdə idi.

O, Tehranda məşhur Evin həbsxanasının qadınlar bölməsində saxlanılırdı. V.Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən saxta “casusluq” və qondarma “narkotik ticarəti” ittihamı ilə mühakimə olunmuşdu.

Xatırladaq ki, azərbaycanlı Fərid Səfərli də saxta casusluqda ittiham olunaraq İranda saxlanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu