İran Aİ diplomatını “yer üzündə fitnə” ittihamı ilə mühakimə edir


İran İsveç vətəndaşı və Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin əməkdaşı Yohan Floderusu “yer üzündə fitnə-fəsad törətmək” ittihamı ilə mühakimə edir.



İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, İranda həbsdə olan İsveç vətəndaşı Floderusun işi üzrə məhkəmə iclası Tehran İnqilab Məhkəməsinin 26-cı Şöbəsində keçirilib.

Tehranda keçirilən iclasda İsveçin Tehrandakı müvəqqəti işlər vəkili, həmçinin müttəhimin vəkilləri və rəsmi tərcüməçiləri iştirak ediblər.

Məhkəmə hakimi Tehran Baş və İnqilab Prokurorluğunun ittiham aktına toxunaraq qeyd edib ki, Floderusun texniki və fiziki izləmə məlumatları, onun digər ölkələrə, xüsusən də İsrailə səfərləri və müxtəlif yazışmaları qiymətləndirilib.

Sözügedən ittihamnamənin əhatə dairəsinə diqqət çəkən məhkəmə hakimi, İsveç vətəndaşı Floderusa qarşı irəli sürülən ittihamı “Ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı hərəkətə keçməklə yer üzündə təxribat törətmək və İsraillə kəşfiyyat əməkdaşlığı” kimi izah edib.

Məhkəmə hakimi bildirib ki, indiyədək iş üzrə üç iclas keçirilib.

Qeyd edək ki, İranda “yer üzündə fitnə” ittihamı ilə keçirilən məhkəmələrin böyük əksəriyyətində müttəhimə ölüm hökmü verilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu