SEPAH Dubayda 160 ABŞ hərbçisinə hücum etdiyini iddia edir


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyi ərazisində 160 nəfərlik ABŞ hərbçi qrupunu hədəf aldığını bəyan edib.

AFN.az xəbər verir ki, SEPAH-ın bu bəyanatını INA agentliyi yayıb. İddiaya görə, İranın pilotsuz uçuş aparatları (PUA) Dubayda Amerika ordusunun canlı qüvvəsinin cəmləşdiyi nöqtəyə zərbələr endirib.

SEPAH-ın məlumatında vurğulanır ki, hədəf alınan qrupda 160 ABŞ hərbçisi olub. Lakin Amerika hərbçiləri arasında mümkün itkilər və ya yaralananlar barədə bəyanatda hər hansı təfərrüat qeyd olunmayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu