SEPAH-ın bu generealları da öldürüldü


İranın rəsmi kanalları onları “şəhid” elan etdi



İranın İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH, İsrailin son hava hücumları nəticəsində yüksək rütbəli komandirlərini itirib. Bu barədə məlumat SEPAH-ın rus dilində fəaliyyət göstərən rəsmi Telegram kanallarında paylaşılıb.



Məlumata görə, SEPAH-ın Hava Hücumundan Müdafiə (HHM) komandanı Davud Şeyxian, pilotsuz uçuş aparatları (PUA) idarəsinin rəhbəri Tahir Pur, HHM diviziyasının komandiri Davud Çeçian, eləcə də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Xəvvani həlak olublar. Hərbi komandanlara “şəhid” statusu verildiyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu