Braziliyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb


Braziliyanın cənubundakı Qramadoda kiçik təyyarənin qəzaya uğraması nəticəsində eyni ailədən 10 nəfər ölüb, hadisə vaxtı yerdə olan 17 nəfər isə yaralanıb.


Braziliya Mülki Müdafiə Bölməsi X sosial media platformasında qəza ilə bağlı açıqlama verib.

Açıqlamada iş adamı Luiz Klaudio Qaleazziyə məxsus kiçik təyyarənin Qramado şəhərində havaya qalxdıqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən bir binanın bacasına çırpıldığı, daha sonra isə partlayışın baş verdiyi bildirilib.

Təyyarədə olan eyni ailədən 10 nəfərin öldüyü, hadisə zamanı yerdə olan 17 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Qaleazzinin şirkətindən verilən açıqlamada təyyarəni idarə edən iş adamının həyat yoldaşı, qızları və digər ailə üzvləri ilə birlikdə öldüyü bildirilib.

Qəza anının və təyyarənin qalıqlarının görüntüləri sosial şəbəkədə paylaşılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu