ABŞ-da daha bir təyyarə qəzası baş verib


ABŞ-ın Corciya ştatının Atlanta şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.



Atlantanın şərqindəki kiçik hava limanından havaya qalxan tək mühərrikli təyyarə havaya qalxdıqdan qısa müddət sonra Kovinqton Bələdiyyə Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

Kiçik bir mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində göyərtəsində olan iki nəfər həyatını itirib.

Qəzada ölənlərin şəxsiyyətini dəqiqləşdirməyə çalışan səlahiyyətlilər təyyarənin havaya qalxdıqdan sonra heç kimlə əlaqə saxlamadığını da bildiriblər.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəblərini araşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu