Fransada təyyarənin magistral yola düşməsi nəticəsində 3 nəfər ölüb


Fransada tək mühərrikli kiçik təyyarənin magistral yolda qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.



Fransa mətbuatında yer alan xəbərlərə görə, paytaxt Paris yaxınlığındakı hava limanından havaya qalxan təyyarə Sena-et-Marna əyalətində A4 avtomobil yolunda yüksək gərginlikli xəttə toxunduqdan sonra qəzaya uğrayıb.

Təkmotorlu kiçik təyyarədə olan 3 nəfər həyatını itirib. Magistral yolda olan nəqliyyat vasitələrinə zərər dəyməyib.

Qəza səbəbindən magistralın hər iki istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu