Rusiyada iki qatarın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb


Rusiyada iki qatarın toqquşması nəticəsində baş verən qəzada 25 nəfər xəsarət alıb.



Rusiyanın Ulyanovsk vilayətinin Kuybışev şəhərində Adler-Perm istiqamətində hərəkət edən sərnişin qatarı digər qatarla toqquşub.

Qəza nəticəsində sərnişin qatarında 400 sərnişinin olduğu bildirilib. Sərnişinlərdən 25-nin yaralandığı açıqlanıb.

Rusiya Səhiyyə nazirinin müavini Aleksey Kuznetsov qəza yerində 5 sərnişinə tibbi yardım göstərildiyini, xəstəxanalarda müalicə alan sərnişinlərin həyati təhlükəsinin olmadığını açıqlayıb.

Rusiya Dəmir Yolları tərəfindən verilən açıqlamada qəzadan sonra sərnişinlərin qatardan təxliyyə edildiyi, vaqonların relsdən çıxmadığı və dəmir yolu xəttinə heç bir ziyanın dəymədiyi qeyd edilib.

Açıqlamada qəzaya uğrayan qatarların ən yaxın stansiyalara çəkildiyi və qəzanın stansiya rəhbərlərinin səhvi ucbatından baş verdiyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu