Yunanıstanda 36 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra nəqliyyat naziri istefa verib


Yunanıstanın Tempi bölgəsində indiyədək 36 nəfərin həyatını itirdiyi qatar qəzasından sonra nəqliyyat naziri Kostas Karamanlis istefa verib.


AFN.az bu barədə yunan mediasına istinadən xəbər verir.

Qeyd edək ki, Yunanıstanın Larisa şəhərinin şimalında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində baş verən qəzada 36 nəfər həyatını itirib, 85 nəfər yaralanıb. Qəza ilə əlaqədar ölkədə 3 günlük milli matəm elan edilib. Martın 1-dən martın 3-dək bütün ictimai binalarda bayraqlar yarıya qədər endirilib, kütləvi tədbirlər ləğv edilib. Siyasi partiyalar da apreldə keçirilməsi gözlənilən ümumi seçkilərlə bağlı kampaniyalarını dayandırıb. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkə tarixinin ən böyük dəmir yolu qəzasının baş verdiyi bölgəyə gedərək açıqlamalar verib. "Mən yalnız bir şeyə zəmanət verə bilərəm, biz bu faciənin səbəblərini tapacağıq və belə bir şeyin bir daha təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik", - Mitsotakis deyib.

Hellenic Train dəmir yolu şirkətinin məlumatına görə, sərnişin qatarında 342 sərnişin və 10 ekipaj, yük qatarında isə 2 heyət olub. Sərnişin qatarındakı sərnişinlərin əksəriyyətinin tələbələr olduğu bildirilib. Toqquşmadan əvvəl iki qatar bir-birinə "kilometrlər"lə eyni xətt üzrə gedirmiş.

Hadisə ilə bağlı araşdırmalar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu