Dəhşətli qəza ilə bağlı 3 nəfər saxlanıldı


Hindistanın Federal Təhqiqat Təşkilatı Mərkəzi Təhqiqat Bürosu (CBI) iyunun 2-də baş verən və 293 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının istintaqı çərçivəsində 3 nəfərin nəzarətə alındığını açıqlayıb.


The New York Times qəzetinin xəbərinə görə, Hindistanda baş verən qatar qəzasından sonra aparılan araşdırmada yeni inkişaflar olub.

İstintaqı aparan CBI 3 dəmiryol işçisinin “sərnişinlərin təhlükəsizliyini təhlükə altına atmaq”, “ehtiyatsızlıqdan adam öldürmək” və “dəlilləri ört-basdır etmək” ittihamları ilə saxlanıldığını açıqlayıb.

Bu şəxslərin mühəndis-texniki işçi olaraq çalışdığını ifadə edən CBI, istintaqın davam etdiyini bildirdi.

İyunun 2-də Orissa ştatının Balasore bölgəsindəki Bahanaga Bazar qatar stansiyası yaxınlığında iki sərnişin və bir yük qatarının iştirakı ilə baş verən qəzada 293 nəfər həyatını itirib, 1000-dən çox insan yaralanıb.

Dəmir yolu orqanlarının başlatdığı araşdırmada, ilk təsbitlərə görə qəzaya "siqnal xətası"nın səbəb ola biləcəyi bildirilib.

Coromandel Express üçün tranzit siqnalı verilsə də, sonradan siqnal kəsilib və əsas xəttə daxil olan qatar yük qatarı ilə toqquşub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu