Baydenlə Cinpin arasında görüş 3 saatdan çox davam edib


ABŞ və Çin Prezidentləri Co Baydenlə Si Cinpin arasında videokonfrans formatında görüş keçirilib.


“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, liderlərin görüşü təqribən 3 saat yarım davam edib. Görüş arada 15 dəqiqə fasilə ilə baş tutub.

Bayden və Cinpin iki ölkə arasında münasibətlərin strateji və fundamental məsələlərini müzakirə ediblər.

Bu, Baydenin 2021-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinə gəlməsindən sonra iki lider arasında keçirilən ilk görüşdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu