Netanyahu: İsrail İrana zərbələrin dayandırılmasını dəstəkləyir


ABŞ İsrailə əmin edib ki, İranla danışıqlar zamanı hər iki ölkənin ümumi məqsədlərinə sadiq qalacaq.

AFN.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun müvafiq bəyanatını "The Times of Israel" nəşri yayıb.

Baş nazirin bəyanatında bildirilir: "Birləşmiş Ştatlar qarşıdakı danışıqlar prosesində ABŞ, İsrail və regional müttəfiqlərin paylaşdığı məqsədlərə nail olmaqda sadiqliyini İsrailə təminat verib".

Bundan əlavə, İsrail Trampın İrana zərbələri dayandırmaq qərarını dəstəkləyir.

"İsrail Prezidenti Trampın İrana zərbələri iki həftəlik dayandırmaq qərarını, İranın Hörmüz boğazını dərhal açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə dəstəkləyir", — deyə Netanyahunun bəyanatında vurğulanır.

O əlavə edib ki, yəhudi dövləti ABŞ-ın İran təhlükəsini zərərsizləşdirməyə yönəlmiş səylərini də yüksək qiymətləndirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu