Netanyahu: “Yüksələn Millət” əməliyyatı davam edəcək


Netanyahu: “Təhdid aradan qalxana qədər "Yüksələn Millət" əməliyyatı davam edəcək”



İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin həyata keçirdiyi “Yüksələn Millət” adlı hərbi əməliyyatla bağlı bəyanat verib.



Netanyahu bildirib ki, bu əməliyyatın nə qədər davam edəcəyi qarşı tərəfdən gələn təhlükənin səviyyəsindən asılı olacaq:



“Bu təhdid ortadan qalxana qədər "Yüksələn Millət" əməliyyatı neçə gün çəkəcəksə, o qədər də davam edəcək".



Baş nazirin bu bəyanatı, xüsusilə son günlərdə İsrailin bölgədə həyata keçirdiyi intensiv hərbi əməliyyatlar fonunda səsləndirilib. Qeyd olunur ki, əməliyyatın hədəfində İranla əlaqəli qrupların və sərhəd zonalarında İsrailə qarşı təhlükə yaradan silahlı strukturların olduğu ehtimal edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu