BMT Çin və Tayvanı mülayim olmağa çağırır


Birləşmiş Millətlər Təşkilatı (BMT) Çinin suverenlik mübahisəsi olan Tayvanın yeni lideri Lai Çinq-tenin vəzifəyə başlamasından üç gün sonra ada və onun ətrafını əhatə edən hərtərəfli hərbi təlimə başlamasından sonra mötədilliyə çağırıb.



BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Tayvan boğazındakı hadisələri yaxından izlədiklərini ifadə edən Dujarrik, "Bütün tərəfləri bölgədə gərginliyi artıracaq addımlardan qaçmağa çağırırıq" deyib.

Dujarrik BMT-nin Baş Assambleyanın Çinlə bağlı 1971-ci il qətnaməsinə uyğun hərəkət etdiyini bildirib.

Qeyd edək ki, suverenlik mübahisəsi olan Tayvanın yeni lideri Lai Çinq-te vəzifəyə gəldikdən üç gün sonra Çin adanı və onun ətrafını əhatə edən hərtərəfli hərbi təlimlərə başladığını açıqlayıb.

Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu