Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısı 50 faiz genişlənə bilər


Avropa İttifaqı səfirləri oktyabrın 7-də Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin razılaşdırılması üçün yenidən müzakirə aparacaq.

AFN.az xəbər verir ki, bu barədə “Reuters” avropalı diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, yeni paketə 1570 fiziki və hüquqi şəxsin Aİ-nin sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulur. Bu addım Rusiyaya qarşı sanksiya siyahısının təxminən 50 faiz genişlənməsinə səbəb olacaq.

Bununla yanaşı, yeni paketdə digər əhəmiyyətli iqtisadi tədbirlərin yer almayacağı bildirilir.

Aİ-nin sanksiya siyahısına daxil edilən şəxslərin ittifaq ərazisinə girişinə qadağa qoyulur və onların Aİ ərazisindəki aktivləri dondurulur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu