Aİ bu ay Rusiyaya qarşı "mini sanksiyalar" paketi qəbul edəcək
Avropa İttifaqı iyunun 15-də Rusiyaya qarşı yeni "mini-paket" sanksiyalar qəbul etməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə "EUobserver" portalı məlumat yayıb.
Məlumata görə, yeni məhdudiyyətlər siyahısına 8 fiziki şəxs və 46 təşkilat daxil ediləcək. Sanksiyalar paketinin əsasən Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən və mövcud məhdudiyyətlərdən yayınmağa kömək edən strukturları hədəf alacağı gözlənilir.


