Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə 13 bank daxildir

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi yaxın günlərdə açıqlanacaq.
AFN.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, yeni sanksiyalar paketinə 13 bank, həmçinin daha çox fiziki şəxslər və şirkətlər daxil ediləcək.
Avropa İttifaqı da tədricən Rusiyadan müəyyən növ alüminium məhsullarının idxalına qadağa qoymağı planlaşdırır. Qəzetin yazdığına görə, fevralın 19-da sonuncu paket bütün Aİ ölkələrinin səfirləri tərəfindən təsdiqlənib.