Rusiyaya qarşı 14-cü sanksiyalar paketinin təfərrüatları


Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketi çərçivəsində 40-dan çox şəxsi qara siyahıya salmağa hazırlaşır.


AFN.az xəbər verir ki, bu barədə "EUobserver" portalı əldə etdiyi sənəd layihəsinə istinadən xəbər verir ki. Layihəyə görə, siyahıda müğənni Polina Qaqarina da var. "Ümumilikdə hazırda 20-dən çox fiziki və 22 hüquqi şəxs var”, - deyə adı açıqlanmayan avropalı diploma portala bildirib.

Avropa İttifaqı həmçinin sahibkarlar İqor Altuşkin, Roman Trotsenko və Taimuraz Bolloyevi qara siyahıya daxil etməyi planlaşdırır. Portalın məlumatına görə, məhdudiyyətlər arasında adıçəkilən şəxslərin Aİ-yə girişinə qadağa qoyulması, habelə cəmiyyətin yurisdiksiyasında olan aktivlərinin dondurulması daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu