KİV: Aİ iyunun 27-dək Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlmək istəyir


Avropa İttifaqı ölkələri iyunun 27-də keçiriləcək Aİ sammitinə qədər Rusiyaya qarşı yeni, 14-cü sanksiyalar paketini razılaşdırmaq niyyətindədir.


Bu barədə "EUobserver" portalı məlumat yayıb. Bildirilir ki, Avropa dövlətləri iyulun 1-dən Macarıstan Aİ-yə sədrlik edənə qədər məhdudiyyətlərlə bağlı razılığa gəlmək istəyirlər. Portalın məlumatına görə, sanksiyalara Rusiya qazının nəqlinə məhdudiyyətlər də daxil ola bilər. Avropa sanksiyalarına məruz qalacaq şəxslərin siyahısının genişlənəcəyi gözlənilir.

Bundan əlavə, Rusiya Federasiyasında bizneslə məşğul olan Avropa törəmə şirkətlərinin fəaliyyətinə daha sərt məhdudiyyətlər tətbiq ediləcək. Portalın yazdığına görə, Almaniya bu məqamı dəstəkləmir. Buna səbəb isə ölkənin sənayesinin Rusiyaya aktiv şəkildə sərmayə qoymağa davam etməsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu