Rusiyaya qarşı ən irimiqyaslı sanksiyalar paketi hazırlanır
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı müharibə başlayandan bəri ən genişmiqyaslı sanksiyalar paketinin planlaşdırıldığını açıqlayıb.
AFN.az-ın xəbərinə görə, “Die Welt” qəzetinə müsahibəsində Kallas bildirib ki, yeni paket qəbul edilərsə, sanksiya tətbiq olunan fiziki və hüquqi şəxslərin, eləcə də təşkilatların sayı xeyli artacaq.
O, həmçinin ABŞ Konqresinin Senatında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı müzakirələrə toxunaraq, Aİ və ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətində mövqelərinin yaxınlaşacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Avropa İttifaqı iyul ayında Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib. Yeni tədbirlərin qüvvəyə minməsindən sonra Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısında yer alan fiziki və hüquqi şəxslərin sayı 3,1 minə çatıb. Bu, Aİ-nin sanksiya siyasəti tarixində rekord göstəricidir.


