Aİ Rusiyaya qarşı son dörd ilin ən böyük sanksiya paketini elan edib
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısına 218 yeni mövqe daxil edəcək ki, bu da son dörd il ərzində tətbiq olunan ən miqyaslı genişlənmə hesab olunur.
AFN.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində məlumat verib.
"Bu, bizim son dörd il ərzində ən böyük sanksiya raundumuzdur və ümumilikdə 218 mövqeyi əhatə edir", — deyə o bildirib.
Kallasın sözlərinə görə, 21-ci sanksiyalar paketi çərçivəsində 50 hərbi-sənaye müəssisəsinə, o cümlədən Rusiyanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) istehsalında əsas rol oynayan müəssisələrə qarşı məhdudiyyətlər tətbiq ediləcək.
Diplomat, həmçinin yeni paketə 40-dan çox gəminin, eləcə də Rusiya və Belarusda yerləşən neft emalı zavodlarının (NEZ) daxil edildiyini diqqətə çatdırıb.


