Aİ XİN rəhbərləri Rusiyaya qarşı yeni sanksiya rejimini təsdiqləyiblər


Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Rusiyaya qarşı, fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar rejimini təsdiqləyib.


Bu barədə DPA agentliyi Aİ-nin diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığı kimi, yeni rejim Aİ-yə Rusiyada müxalifətin təqibinə görə məsuliyyət daşıyan şəxslər və təşkilatlara qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək. Bunlara, xüsusən, onların aktivlərinin dondurulması və icma ölkələrinə girişinə qadağa daxildir. Yeni rejim qeyri-rəsmi olaraq Aleksey Navalnının adını daşıyır.

Agentliyin mənbələri bildiriblər ki, yeni rejim altında ilk addım olaraq sanksiya siyahısına 20-yə yaxın şəxs və təşkilat əlavə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu