TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO


Artıq 2 gündür xəstəxanalarda TƏBİB-in sistemində problem yaranması ilə bağlı iddia yayılıb.

Bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb: “Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...”

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu