Meksika prezidenti ABŞ səfirini qanunlara əməl etməyə çağırıb


Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın ölkədəki səfiri Ronald Conson və Kereataro ştatının qubernatoru Maurisio Kuri tərəfindən federal hökumətlə razılaşdırılmadan polis akademiyasının yaradılması təşəbbüsünü tənqid edib.

AFN.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

Söhbət Kereataroda Beynəlxalq Polis Hazırlığı Akademiyasının yaradılmasından gedir. Layihənin təməlqoyma mərasimində ABŞ səfiri Ronald Conson iştirak edib və ABŞ-ın hüquq-mühafizə qurumlarının akademiyanın fəaliyyətinə cəlb olunacağı açıqlanıb.

Şeynbaum bildirib ki, beynəlxalq dəstəyə qarşı deyillər, lakin bu cür əməkdaşlıq Meksika qanunlarına uyğun həyata keçirilməlidir. Onun sözlərinə görə, təhlükəsizlik sahəsində ABŞ qurumlarının Meksika ərazisində fəaliyyətini nəzərdə tutan layihələr Xarici İşlər Nazirliyi və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Qrup vasitəsilə razılaşdırılmalıdır.

Prezident həmçinin qeyd edib ki, Meksika Konstitusiyasına əsasən, ştatlar xarici dövlətlərlə müstəqil şəkildə sazişlər bağlaya bilməz. Şeynbaum Kereataro hökumətindən və ABŞ səfirindən layihə ilə bağlı izahat tələb olunmasını tapşırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu