Klaudiya Şeynbaum Meksikada keçirilən prezident seçkilərində qalib gəldiyini elan edib
“Gəlin birlikdə tarix yazmağa davam edək” hökumətyönlü koalisiyasından Meksika prezidentliyinə namizəd Klaudiya Şeynbaum iyunun 3-də keçirilən seçkilərdə qalib gəldiyini elan edib.
Bu gün əvvəl bildirilmişdi ki, ilkin səsvermənin nəticələrinə görə, Şeynbaum 57%-dən çox nəticə ilə liderdir.
“Meksika respublikasının 200 ilində ilk dəfə bir qadın prezident olacaq və bu, dönüş nöqtəsi olacaq. Hər bir meksikalıya təşəkkür edirəm. Bu gün səsverməmizlə biz demokratik xalq olduğumuzu sübut etdik”, – Şeynbaum X sosial şəbəkəsində yazıb.
Namizəd öz səhifəsində əsas rəqibi Xochitl Galvezin ona zəng edərək qələbəsi münasibətilə təbrik etdiyini də bildirib.
Bundan əlavə Şeynbaumun qələbəsini Meksikanın hazırkı prezidenti Andres Manuel Lopez Obrador da tanıyıb.