Obrador Ekvadorun BMT-dən çıxarılmasını tələb edib


Meksika prezidenti Andres Manuel Lopez Obrador Meksikanın Kito səfirliyinə basqın səbəbindən Ekvadorun Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxarılmasını tələb edib.



Obrador səfirliyə basqın səbəbiylə fövqəladə şəkildə toplanan Latın Amerikası və Karib Dövlətləri Birliyinin (CELAC) zirvə toplantısına video konfrans vasitəsilə qatılıb.

Ölkəsinə göstərilən dəstəyə təşəkkür edən Obrador, Latın Amerikası və Karib hövzəsi xalqlarının hökumətlərinin də göstərdiyi həmrəyliyi yüksək qiymətləndirib.

Ekvador polisinin ölkəsinin Kito səfirliyinə basqını xatırladan Obrador, "Meksikanın diplomatik qərargahına təzyiqlərin təkrarlanmamasını və rəsmi üzr istənilməsini gözləyirik. Bunlar edilməzsə, Ekvadorun BMT-dən çıxarılmasını rəsmi şikayət edəcəyik” deyib.

Ekvadorun Meksikanın suverenliyini açıq şəkildə pozduğunu vurğulayan Obrador, səfirliklərinə basqın hadisəsinin son dərəcə ciddi olduğunu bildirib.

Digər tərəfdən, Ekvador Prezidenti Daniel Noboa özəl televiziyaya verdiyi açıqlamada Meksika səfirliyinə basqından peşman olmadıqlarını bildirib.

Meksika ilə diplomatik gərginliyə son qoymaq üçün Obradoru şam yeməyinə dəvət edəcəyini bildirən Noboa, "Yeməkdə yəqin ki, tacos və ya ceviche olacaq" deyib.

Obrador isə Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında Noboanın şam yeməyi təklifi ilə bağlı suala belə cavab verib: "Şərh ediləcək bir şey yoxdur, əhəmiyyətsiz bir məsələdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu