Ekvador hökuməti Meksikanın Kito səfirini “persona non-qrata” elan edib


Meksika prezidenti Andres Manuel Lopez Obradorun öldürülən keçmiş prezidentliyə namizəd Fernando Villavicencio ilə bağlı sözlərinə sərt reaksiya verən Ekvador hökuməti Kito səfirini “persona non qrata” elan edib.



Ekvador Xarici İşlər Nazirliyindən verilən açıqlamada Obradorun açıqlamalarının ölkənin daxili işlərinə qarışmaq olduğu, Meksikanın Kito səfiri Raquel Serurun isə “persona non-qrata” elan edildiyi bildirilib.

Bəyanatda Villavicencionun öldürülməsi səbəbiylə ölkədə hələ də matəm hökm sürdüyü qeyd edilib.

Bəyanatda ölkənin demokratik təsisatlarını və xalqını təhdid edən transmilli mütəşəkkil cinayətlərlə mübarizənin davam etdiyi vurğulanıb və Meksikadan Ekvadorun suverenliyinə və ləyaqətinə hörmətlə yanaşması tələb edilib.

Qeyd edək ki, Meksika prezidenti Obrador gündəlik mətbuat konfransında Villavicencionun qətlinin hazırkı prezident Daniel Noboaya qələbə qazandırdığını və Vətəndaş İnqilabi Hərəkatının namizədi Luisa Qonzalesə zərər verdiyini iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu