Nikaraqua Ekvadorla bütün diplomatik əlaqələri kəsdi


Polisin Meksika səfirliyinə basqın etməsindən sonra Nikaraqua Ekvadorla bütün diplomatik əlaqələrini kəsdiyini açıqlayıb.



Nikaraqua hökuməti Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün 2022-ci ilin dekabrından bəri qaldığı Meksikanın Kito səfirliyinə basqınla bağlı açıqlama verib.

Bəyanatda basqından sonra Ekvadorla bütün diplomatik əlaqələrin kəsildiyi bildirilib və Ekvador hökumətinin 2020-ci ildə Nikaraqua səfiri Kitonu geri çağırdığı xatırladılıb.

Açıqlamada Meksika prezidenti Andres Manuel Lopez Obrador və hökumətinə dəstək verməyə davam edəcəkləri bildirilib.

Meksika səfirliyinə basqın edildikdən sonra Latın Amerikası ölkələri başda olmaqla bir çox lider prezident Obradoru dəstəkləyib və Ekvador əleyhinə sərt reaksiya verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu