Meksika Ekvadordakı səfirlik xidmətlərini qeyri-müəyyən müddətə dayandırıb


Meksika hökuməti Ekvador polisinin basqınından sonra paytaxt Kitodakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.


Meksika Xarici İşlər Nazirliyindən verilən açıqlamada Kito səfirliyinin xidmətlərinin qeyri-müəyyən müddətə dayandırıldığı və 18 meksikalı diplomatın kommersiya reysi ilə ölkəyə dönəcəyi bildirilib.

Açıqlamada xaricdə yaşayan Meksika vətəndaşlarına qeydiyyat sistemi (Sirme) vasitəsilə xidmətin davam etdiriləcəyi, lazım gəldikdə Kolumbiya, Çili və Perudakı səfirliklərdən də kömək istəyə biləcəkləri bildirilib.

Meksika prezidenti Andres Manuel Lopez Obrador X sosial media hesabından verdiyi açıqlamada "Ölkəmizin diplomatlarını gözləyirik, onlar tək deyil" deyib.

Qeyd edək ki, Dünən Ekvador polisi Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün onun 2022-ci ilin dekabrından bəri qaldığı Meksikanın Kito səfirliyinə basqın edib.

Səfirliyin Siyasi Məsələlər üzrə Mütəxəssisi Roberto Kanseko jurnalistlərə açıqlamasında Ekvador polisinin zorla içəri daxil olduğunu və şəxsi heyətə hücum etdiyini bildirib.

Meksika prezidenti Obrador deyib ki, Ekvador polisinin səfirliyə daxil olması milli suverenliyin açıq şəkildə pozulmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu