Ekvador polisi Meksika səfirliyinə basqın edib


Ekvador polisi 2022-ci ilin dekabrından Meksikanın Quitodakı səfirliyində qalan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün səfirliyə basqın edib.


Milli mətbuatda yer alan xəbərə görə, polis Quitodakı Meksika səfirliyinə girərək, Meksika hökumətinin siyasi sığınacaq verəcəyini açıqladığı Qlası saxlayıb.

Meksikanın Kitodakı səfirliyinin siyasi məsələlər üzrə məsul işçisi Roberto Kanseko jurnalistlərə bildirib ki, Ekvador polisi zorla səfirliyə daxil olub və əməkdaşlarına hücum edib.

Basqına reaksiya verən Kanseko, "Bu, qətiyyən qəbuledilməzdir, ola bilməz və bu, sözün əsl mənasında barbarlıqdır. Biz Qlasın həyatından narahatıq" - deyə qeyd edib.

Meksika prezidenti Andres Manuel Lopez Obrador məsələ ilə bağlı açıqlamasında Ekvador polisinin Meksika səfirliyinə daxil olmasının milli suverenliyin “açıq-aşkar” pozulması olduğunu bildirib.

Xarici işlər nazirinə qanuni addım atma göstərişi verdiyini qeyd edən Obrador qeyd edib ki, Ekvador hökuməti ilə diplomatik əlaqələri dərhal dayandırmaq göstərişini verib.

Meksika hökumətinin dünən verdiyi açıqlamada Ekvadorun keçmiş vitse-prezidenti Qlasa siyasi sığınacaq veriləcəyi və Qlasın Kitodakı Meksika səfirliyində olduğu açıqlanıb.

Ekvadorun keçmiş vitse-prezidenti Qlas 2017-ci il oktyabrın 3-də ona qarşı aparılan rüşvət istintaqı çərçivəsində həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu