Meksika ABŞ-dan qeyri-qanuni yolla gətirilən 50 min silahı müsadirə edib


Meksika prezidenti Andres Manuel Lopez Obrador vəzifəyə gəldiyi gündən bu yana ABŞ-dan qeyri-qanuni yollarla ölkəyə gətirilən 50 min silahı ələ keçirdiklərini bildirib.


Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında çıxış edən Meksika prezidenti ölkədə mütəşəkkil cinayətkarlıqla mübarizədə ələ keçirilən silahların 70 faizinin ABŞ-ın Texas əyalətindən gətirildiyini bildirib.

"Vəzifəyə gəldiyim gündən bu yana ABŞ-dan ölkəmizə qeyri-qanuni yolla gətirilən 50 min silah müsadirə olunub" - deyə Lopez Obrador qeyd edib.

ABŞ-da qarşıdan gələn prezident seçkilərinə toxunan Lopez Obrador həm respublikaçıların, həm də demokratların səslərini təmin etmək üçün sağçı siyasətə müraciət etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu