Meksika prezidenti Baydenin sərhədin bağlanması ilə bağlı qanun layihəsini tənqid edib


Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ prezidenti Co Baydenin hökumətin Konqresə təklif etdiyi sərhəd təhlükəsizliyi qanun layihəsi təsdiqlənərsə, ABŞ-Meksika sərhədini dərhal bağlayacağı ilə bağlı bəyanatını tənqid edərək, bunu demaqogiya adlandırıb.


Lopez Obrador Baydenin ABŞ-Meksika sərhədi ilə bağlı mətbuat nümayəndələrinə verdiyi açıqlamalara münasibət bildirib.

O, "Şərtləri anlayırıq, ancaq bir də sərhədin bağlanmasını təsəvvür edirik. Bu, həll yolu sayıla bilməz" - deyə qeyd edib. Həmçinin sərhədin bağlanmasını demaqogiya adlandırıb.

Bayden hökumətinin Konqresə təqdim etdiyi qanun layihəsi, sərhədi keçən qeyri-qanuni immiqrantların sayı gündə 5 mini keçərsə, prezidentə sərhədi bağlamaq səlahiyyəti verir. Bayden açıqlamasında sərhəd təhlükəsizliyi qanun layihəsi təsdiqlənərsə, ABŞ-Meksika sərhədini dərhal bağlayacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu