Bayden miqrant axınının öhdəsindən necə gələcək?


Əksər amerikalılar hesab edir ki, ABŞ prezidenti Co Baydenin Meksika ilə sərhəd təhlükəsizliyi siyasəti daha sərt olmalıdır.



AFN.az xarici mediayaa istinadla xəbər verir ki, müvafiq məlumat “Fox News”-un keçirdiyi sorğu nəticəsində əldə edilib.

Əldə edilən məlumata görə, respondentlərin 82%-i ABŞ-Meksika sərhədi ilə bağlı Ağ Ev rəhbərinin seçdiyi vektora qarşı çıxıb. Bildirilir ki, sorğuda iştirak edən Demokrat Partiyası tərəfdarlarının 71%-i prezidentin seçdiyi siyasəti kifayət qədər sərt adlandırıb və əlavə tədbirlərin görülməsini tələb edib. Analitiklərin fikrincə, respondentlərin 57%-i Meksika ilə sərhəddə divarın tikintisinin davam etdirilməsinin zəruri olduğuna inanır.

Sorğu telekanal tərəfindən oktyabrın 6-dan oktyabrın 9-dək aparılıb və 1007 nəfər iştirak edib.

Qeyd edək ki, Meksika ilə sərhəddə hündür divar hörülməsi ideyası eks-prezident Donald Trampa məxsusdur və amerikalıların çoxu bu təşəbbüsü dəstəkləyirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu