BMT: Miqrasiya məsələləri ilə ABŞ və Meksika səlahiyyətliləri məşğul olmalıdır


Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın Texas ştatında sərhəddə divar tikintisi ilə bağlı münasibət bildirib.


Qurumun açıqlamasında bildirilir ki, miqrasiya məsələsi ilə bağlı hər şey ABŞ və Meksika səlahiyyətliləri tərəfindən birgə həll edilməlidir.

BMT mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Texas əyalətində sərhəd divarının tikiləcəyi xəbərini izlədiklərini bildirib: "İmmiqrasiya ilə bağlı hər şey ABŞ və Meksika səlahiyyətliləri tərəfindən birgə həll edilməlidir. Mühacir və qaçqınların bütün hüquqlarına hörmət olunmalıdır".

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Texas ştatının Starr dairəsində sərhəd divarının tikintisi ilə bağlı federal qanunların icrasından imtina etmək qərarını açıqlayıb.

DHS-nin bu addımı Bayden administrasiyasının divarın tikintisini dayandırmaq ritorikasına zidd olsa da, Gömrük və Sərhəd Mühafizəsi Birliyinin (CBP) verdiyi açıqlamada deyilir: "Konqres 2019-cu maliyyə ilində sərhəd səddinin tikintisi üçün vəsait ayırdı. Rio Grande Valley və DHS bu vəsaitləri ayırıblar. Onlar ondan dizayn etdikləri məqsədlər üçün istifadə etməlidirlər. Bu çərçivədə CBP sağlam ekoloji təcrübələri həyata keçirməyə davam edəcək və ölkənin mədəni və təbii ehtiyatlarını qorumaq öhdəliyini davam etdirəcək".

ABŞ prezidenti Co Bayden sərhəd divarının tikintisinə ayrılan pulu başqa məqsədlə istifadə etməyə çalışdığını, lakin bunun baş tutmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu