ABŞ sərhəd rəsmiləri Meksika sərhədində ülgüc məftilini kəsməyə icazə verib


ABŞ Ali Məhkəməsi qərar verib ki, sərhəd patrul zabitləri öz vəzifələrini yerinə yetirmək üçün Texas ştatında Meksika sərhədində yerləşdirilən tikanlı məftilləri kəsə bilərlər.


"NBC News"un məlumatına görə, məhkəmə Co Bayden administrasiyasının federal məmurların qeyri-qanuni mühacirlərin Meksika sərhədini keçməsinin qarşısını almaq üçün Texasda əyalət hökumətinin yerləşdirdiyi tikanlı məftillərə müdaxilə edə bilməsi tələbini 5 əleyhinə 4 səslə qəbul edib.

Beləliklə, sərhəd naryadlarına vəzifələrini yerinə yetirmək üçün tikanlı məftili kəsməyə icazə verilib.

Bayden administrasiyası, Texas administrasiyasının sərhəd patrul məmurlarının vəzifələrini yerinə yetirməsinə mane olduğu səbəbiylə məmurların digər tərəfə keçmək üçün tikanlı məftilləri keçməsinə icazə verilməsini tələb etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu