Meksika sərhədində görülən tədbirlər immiqrantların qarşısını ala bilmədi


ABŞ-ın Texas ştatında görülən ciddi təhlükəsizlik tədbirləri Meksikadan gələn qeyri-qanuni mühacirlərin sərhədi keçməsinin qarşısını ala bilməyib.


Meksika-Texas sərhədi boyu axan Rio Qrande çayının dayaz ərazilərindən keçən bir qrup qeyri-qanuni immiqrant tikanlı məftillərə və sərhəd patrullarına baxmayaraq ABŞ ərazisinə keçə bilib.

Pilotsuz təyyarə ilə aşkarlanan qeyri-qanuni immiqrantlar Texas milli qvardiyasının gücləndirdiyi tikanlı məftilləri aşmaq və onların qarşısındakı son maneəni keçərək sığınacaq axtarmaq üçün böyük səy göstəriblər.

Qeyri-qanuni immiqrantların ABŞ-ı keçmək üçün ən çox üstünlük verdiyi yer olan Eagle Pass sərhəd qapısının Meksika qanadında bəzi qeyri-qanuni immiqrantların nəqliyyat vasitələri ilə çay kənarına buraxıldığı görülüb.

Texas tərəfində milli qvardiya tərəfindən gücləndirilmiş məftil çəpərlərə əlavə olaraq, sərhəd polisi Eagle Pass keçidindən qonşu şəhərlərə qədər kilometrlərlə uzanan xətt üzrə nəzarət-buraxılış məntəqələrində nəzarət edib və gün ərzində helikopter patrulları həyata keçirilib.

Bütün bu tədbirlərə baxmayaraq, qeyri-qanuni mühacirlərin ABŞ-dan sığınacaq istəmələrinin qarşısı alına bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu